Gürcüstanın keçmiş müdafiə nazirinə beş il həbs cəzası verildi
Gürcüstanın keçmiş Müdafiə naziri İraki Okruaşvili 2019-cu ilin iyununda baş verən iğtişaşlarla bağlı başladılmış cinayət işi çərçivəsində məhkəmə qərarı ilə beş il müddətinə azadlıqdan məhrum edilib.
Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb.
Müdafiə Nazirliyinin sabiq rəhbəri 20 iyun 2019-cu ildə Gürcüstan paytaxtının mərkəzində aksiyanın dağıdılması zamanı saxlanılıb.
O, kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur.
Xəbəri paylaş
Facebook-da paylaş