Əsas Səhifə > Dünya > Gürcüstanın keçmiş müdafiə nazirinə beş il həbs cəzası verildi
Gürcüstanın keçmiş müdafiə nazirinə beş il həbs cəzası verildi13-04-2020, 17:56 |
Gürcüstanın keçmiş Müdafiə naziri İraki Okruaşvili 2019-cu ilin iyununda baş verən iğtişaşlarla bağlı başladılmış cinayət işi çərçivəsində məhkəmə qərarı ilə beş il müddətinə azadlıqdan məhrum edilib. Şəffaflıq.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Birinci kanalı məlumat yayıb. Müdafiə Nazirliyinin sabiq rəhbəri 20 iyun 2019-cu ildə Gürcüstan paytaxtının mərkəzində aksiyanın dağıdılması zamanı saxlanılıb. O, kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunur. Geri qayıt |