Fransada indiyədək 2,2 milyondan çox insan koronavirusa yoluxub

 

Fransada koronavirus infeksiyasına təsdiqlənmiş yoluxma hallarının sayı 2,2 milyonu keçib.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin sanitariya agentliyi “Sante Publique” məlumat yayıb.

Məlumata görə, son bir gündə ölkədə yoluxanların sayı 12,5 mindən çox artıb. İndiyədək Fransada 2 208 699 infeksiyaya yoluxub.

Ölkədə pandemiya başlayandan bəri 52 127 nəfər bu ölümcül infeksiyanın qurbanı olub, onlardan 213 nəfəri son bir gündə ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}