ABŞ-da koronavirusa yoluxanların sayı 6 milyonu keçdi

 

ABŞ-da son sutka ərzində 33 888 nəfərdə yeni növ koronavirus infeksiyası aşkarlanıb.

Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə federal və yerli hakimiyyət orqanlarının, habelə medianın və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universiteti məlumat verib.

Bildirilib ki, son gündə 594 nəfər virusun qurbanı olub.

Bununla da ABŞ-da koronavirusa yoluxanların ümumi sayı 6 milyon nəfəri keçib. Belə ki, Cons Hopkins Universitetinin hesablamalarına əsasən, epidemiya başlayandan bəri 6 031 287 nəfər virusa yoluxub. Təsdiqlənmiş COVID-19 xəstəsi olan 183 mindən çox pasiyent ölüb. 2 milyondan çox insan sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}