ABŞ-da koronavirusa yoluxanların sayı 4 milyonu ötdü

 

ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 4 005 414 nəfər çatıb.

Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, bu barədə federal və yerli hökumət orqanlarının, eləcə də KİV və digər açıq mənbələrin məlumatlarını ümumiləşdirən Cons Hopkins Universitetinin məlumatında deyilir.

Qeyd olunub ki, pandemiya dövründə 143 820 pasiyent ölüb, 1 210 849 yoluxmuş şəxs sağalıb.

Ən çox yoluxma Kaliforniya ştatında (421 857), Nyu-York ştatında (409 697), Florida (389 868) və Texas (363 615) ştatında qeydə alınıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}