Aralıq dənizində batan qayıqlarda ölənlərin sayı 100-ə çatıb

 

Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) iki qayığın Aralıq dənizində, Liviya sahillərində batması nəticəsində təxminən 100 miqrantın boğulduğunu bildirib.

Şəffaflıq.az “Haber Global”-a istinadən məlumat verir ki, qəza liman şəhəri Əl-Xums və Surman yaxınlığında baş verib.

Açıqlamada bildirilir ki, qayıqda qadınlar və uşaqlar da daxil olmaqla, 140-dan çox adam olub.

Azı 100 miqrant həyatını itirib, 47 nəfər xilas edilib.

Axtarış-xilasetmə işlərinin davam etdiyi və bu günə qədər 31 cəsədin tapıldığı qeyd olunur.

IOM-ın məlumatlarına görə, son qəzalarla birlikdə bu il Aralıq dənizi üzərindən Avropa sahillərinə getməyə çalışan ən azı 900 miqrant boğularaq ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}