Əsas Səhifə > Dünya > Aralıq dənizində batan qayıqlarda ölənlərin sayı 100-ə çatıb
Aralıq dənizində batan qayıqlarda ölənlərin sayı 100-ə çatıb13-11-2020, 19:04 |
Beynəlxalq Miqrasiya Təşkilatı (IOM) iki qayığın Aralıq dənizində, Liviya sahillərində batması nəticəsində təxminən 100 miqrantın boğulduğunu bildirib. Şəffaflıq.az “Haber Global”-a istinadən məlumat verir ki, qəza liman şəhəri Əl-Xums və Surman yaxınlığında baş verib. Açıqlamada bildirilir ki, qayıqda qadınlar və uşaqlar da daxil olmaqla, 140-dan çox adam olub. Azı 100 miqrant həyatını itirib, 47 nəfər xilas edilib. Axtarış-xilasetmə işlərinin davam etdiyi və bu günə qədər 31 cəsədin tapıldığı qeyd olunur. IOM-ın məlumatlarına görə, son qəzalarla birlikdə bu il Aralıq dənizi üzərindən Avropa sahillərinə getməyə çalışan ən azı 900 miqrant boğularaq ölüb. Geri qayıt |