Fransada ilk dəfə olaraq sutkada koronavirusa yoluxanların sayı 30 mini keçdi

 

Fransada koronavirus pandemiyası başlayandan ilk dəfə infeksiyaya yoluxanların sayı 30 mini keçib.

Şəffaflıq.az xarici agentliklərə istinadən xəbər verir ki, son 24 saatda ölkədə 30 min 621 yeni yoluxma halı qeydə alınıb ki, bu da ondan əvvəlki günlə müqayisədə 8 min (22 min 591) çoxdur. Dünən Fransada COVİD-19 dan 88 insan dünyasını dəyişib.

Beləliklə, Avropnın ikinci ən qüdrətli dövlətində yoluxma sayı 809 684, bu virusdan ölənlərin sayısı isə 33 125 rəqəminə gəlib çatıb. Təkcə bu həftənin 4-cü günü ölkə ərazisində 1586 infeksiya ocağı aşkar edilib. Onun 335-i yaşlılar evlərinin payına düşür.

Son 7 gündə Fransada 6,5 min infeksiyalı xəstə xəstəxanalara çatıdırlıb, onlardan 1750-i intensiv terapiya bölməsinə yerləşdirilib.

Xatırladaq ki, bu həftənin 3-cü günü prezident Emmanuel Makron paytaxt Parisin daxil olduğu İl-de-Frans bölgəsində kommendant saatı tətbiq edib.

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}