Rəsmi Tehran ABŞ-ın İrana qarşı sanksiya tətbiqi barədə bəyanatını "qiyam" adlandırıb


 

İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın dünya ictimaiyyətini Tehrana qarşı sanksiyaların bərpa edilməsi barədə çağırışına münasibət bildirib.

Şəffaflıq.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Mayk Pompeo bazar günü birtərəfli qaydada bəyan edib ki, BMT-nin İrana qarşı sanksiyası yenidən qüvvəyə minib.

BMT-nin isə bu barədə qərarı yoxdur. BMT Təhlükəsizlik Şurasının üzvləri Böyük Britaniya və Fransa, o cümlədən Almaniya Xarici İşlər nazirləri bu barədə birgə bəyanat yayıb. “Avropa üçlüyü”nün bəyanatında bildirilib ki, bu üç ölkə ABŞ-ın cəhdinə qarşıdır və Tehranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının qorunmasına çalışırlar.  

İran XİN-nin rəsmi nümayəndəsi Səid Xətibzadə isə deyib ki, Tehranın Vaşinqtona mesajı şəffafdır: “ABŞ dünya ictimaiyyətinin sıralarına qayıtsın, Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərinə uyğun hərəkət etsin, qiyamı dayandırsın. Bu halda dünya ictimaiyyəti Vaşinqtonu qəbul edəcək”.  




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}