Təhsil nazirinə yeni müşavir təyin olunub

 

Kənan Kərimzadə Təhsil nazirinin müşaviri vəzifəsinə təyin olunub.

Şəffaflıq.az-ın əldə etdiyi məlumata görə, bu barədə Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Qeyd edək ki, K.Kərimzadə 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində Maliyyə və kredit ixtisası üzrə bakalavr dərəcəsi(fərqlənmə) əldə edib. O, 2017-2019-cu illərdə ABŞ-ın nüfuzlu CFA İnstitutunda investisiyaların idarəedilməsi sahəsində təhsil alıb və xartiyalı maliyyə təhlilçisi (CFA Charterholder) beynəlxalq akkreditasiyasına sahibdir. 2013-2016-cı illərdə “Capital Motors” MMC-də Maliyyə analizi üzrə mütəxəssis, 2016-2018-ci illərdə “PMD Group” MMC-də İnvestisiyalar üzrə baş mütəxəssis, rəhbər və departament menecerinin müavini, 2019-cu ildən isə “P.M.D” MMC-də Strateji planlaşdırma və Təhlil şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}