Çində koronavirusa yeni yoluxmalar qeydə alınıb

 

Çində cümə günü COVID-19 virusuna 21 nəfər yoluxub.

Şəffaflıq.az “Xinhua”ya istinadən xəbər verir ki, ölkənin Milli Səhiyyə Komissiyasının məlumatına görə, yoluxanlardan 17-si yerli, 4-ü isə xaricidir.

Bununla da ölkədə yoluxanların ümumi sayı 83 483 nəfərə çatıb ki, bunlardan 405 nəfəri hazırda müalicə olunur, aralarında 8 nəfərin vəziyyəti ağırdır. Yoluxanlardan 78 444 nəfəri sağalaraq evə buraxılıb, 4 634 nəfəri isə ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}