İranda koronavirusa yoluxanların sayı 171 mini ötdü

 

Son sutkada İranda koronavirusa daha 2364 nəfər yoluxub.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

O qeyd edib ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 171 min nəfəri ötüb.

Nazirlik rəsmisi IRINN telekanalının efirində bidirib ki, ötən gün ölkədə COVID-19-dan daha 72 nəfər ölüb.

Beləliklə, ölkədə koronavirusa yoluxmanın ilk aşkarlandığı 19 fevraldan indiyə kimi virusa yoluxanların ümumi sayı 171 789 nəfərə çatıb. İslam respublikasında 8 291 nəfər pandemiyanın qurbanı olub. Virusa yoluxmuş 134349 nəfər sağalıb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}