Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı şəhər Incəsənət Təhsili Mərkəzinin dəstəyi ilə “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda birgə panel keçirilib.

 


29 Yanvar 2019-cu il tarixində Şamaxı şəhər Incəsənət Təhsili Mərkəzində Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Yunus Əmrə İnstitutunun birgə təşkilatçılığı, Şamaxı Rayon İcra Hakimiyyətinin və Şamaxı şəhər Incəsənət Təhsili Mərkəzinin dəstəyi ilə “Seyid Yəhya Şirvani Bakuvi və təsəvvüf ənənəsi” mövzusunda birgə panel keçirilib.

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Şamaxı ictimaiyyətinin nümayəndələri, alimlər, ziyalılar, iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qasım Qasımov qonaqları Şamaxı rayonunda salamlayaraq panelin işinə uğurlar arzulayıb. Daha sonra çıxış edən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Bakı Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir Seyid Yəhya Şirvani Bakuvi ilə bağlı təşkil edilmiş tədbirin mənəvi-irfani dəyərlərin təbliği baxımından əhəmiyyətli olduğunu qeyd ediblər. 

Paneldə Seyid Yəhya Şirvani Bakuvi, təsəvvüf, xəlvətilik və birgəyaşayış ənənəsi ilə bağlı Türkiyə Gazi Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müəllimi Mustafa Tatçının “Əbədi silsilə və Yəhya Şirvani”, Tədqiqatçı, yazıçı, Türk təsəvvüf musiqisi Vəqfi İstanbul Tarixi Türk Musiqisi qrupunun qurucu müdiri Ömer Tuğrul İnançerin “İslam,Təsəvvüf və Xəlvətilik”, Azərbaycan İlahiyyat İnstitutunun prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinovun “Azərbaycanda birgəyaşayış ənənəsinin formalaşmasında təsəvvüfün rolu” və Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, ilahiyyat üzrə fəlsəfə doktoru Əhməd Niyazovun “Azərbaycan təsəvvüf ənənəsində xəlvətiliyin yeri” mövzusunda məruzələri dinlənilib.

Tədbir çərçivəsində Şamaxı şəhər İncəsənət Təhsilİ Mərkəzində Türk Təsəvvüf Musiqisi Konserti keçirilib.








 Vahid

Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}