Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib

 

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı və Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən (DQİDK) AZƏRTAC-a bildiriblər ki, tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev, Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşad Əliyev, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, ziyalılar, müəllimlər, tələbələr və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şamaxı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Rəşad Əliyev mənəvi dəyərlərin qorunması və təbliğinin vacibliyini diqqətə çatdırıb. R.Əliyev Şamaxı rayonunda təşkil edilmiş tədbirə görə Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü bildirib.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktor müavini Ceyhun Əliyev Fondun fəaliyyəti və həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. C.Əliyev mənəvi dəyərlərin qorunması və inkişafı ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin uğurla təşkil edildiyini vurğulayıb. İcraçı direktor müavini mənəvi sahədə maarifləndirmənin xüsusilə gənclər üçün əhəmiyyətli olduğunu bildirib.

Sonra QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev çıxış edərək dini dəyərlərin mənəvi dəyərlərin tərkib hissəsi olduğunu və bu dəyərləri qorumağın vacibliyini qeyd edib.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov dəyər anlayışı, onun mahiyyəti və mütəfəkkirlərin dəyərlərə verdiyi təriflər haqqında geniş məruzə ilə çıxış edib.

Sonda DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Azərbaycan dövlətinin mənəvi dəyərlərin təbliği sahəsində böyük işlər gördüyünü diqqətə çatdırıb.

Seminar-treninqdə müəllimlər və tələbələr çıxış edərək mövzu haqqında fikirlərini bölüşüblər.




Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}