ABŞ-nin İrana qarşı döyüşlərində 80-dən çox hava vasitəsi məhv edilib və ya sıradan çıxarılıb


ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının başlamasından bu yana ABŞ Silahlı Qüvvələrinə məxsus 80-dən çox hava vasitəsi məhv edilib və ya sıradan çıxarılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Araşdırma Xidmətinin yenilənmiş hesabatında qeyd olunub.

Sənəddə fevralın 28-dən etibarən ABŞ-nin İrana qarşı əməliyyatları zamanı itirildiyi və ya zədələndiyi bildirilən 81 təyyarə və helikopter tipli hava vasitəsi, o cümlədən pilotsuz uçuş aparatları barədə məlumat yer alıb.

Məlumata görə, 81 hava vasitəsindən 47-si pilotsuz uçuş aparatı, 21-i taktiki aviasiya təyyarəsi, 13-ü isə helikopter olub. Onlardan 54-ü tamamilə məhv edilib və ya geri qaytarılması mümkün olmayan döyüş itkisi kimi qiymətləndirilib. Daha 27 hava vasitəsi isə ciddi zədələnərək təmir olunmaq üçün müvəqqəti olaraq sıradan çıxarılıb.

Hesabatın müəllifləri vurğulayıblar ki, göstərilən rəqəmlər ilkin xarakter daşıyır və məxfilik rejimi, davam edən hərbi əməliyyatlar və məlumatların yoxlanılmasındakı çətinliklər səbəbindən sonradan dəyişdirilə bilər.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}