Xarici jurnalistlər Astanada Daimi İmdad Məryəm Ana Kafedralını ziyarət ediblər


Xarici media nümayəndələri mediatur çərçivəsində Astanadakı Daimi İmdad Məryəm Ana Kafedralını ziyarət ediblər.

Şəffaflıq.az xəbər verir ki, mediatur iştirakçılarına Qazaxıstanın katolik icmasının və paytaxtın katolik həyatının mərkəzi olan kafedralın tarixi barədə məlumat verilib.

Qazaxıstanda katolik kilsəsinin tarixi polşalıların, ukraynalıların, almanların və digər millətlərin nümayəndələrinin respublikaya köçürülməsi və deportasiyası prosesləri ilə sıx bağlıdır.

Əvvəlcə dindarlar dua etmək üçün şəxsi evlərdə toplaşırdılar. Daha sonra icma rəsmi olaraq prixod təşkil etmək imkanı əldə etdi.

Din xadiminin sözlərinə görə, 1988-ci ildən, ilk daimi baş keşişin gəlişindən sonra, prixodun inkişafı və yeni kilsənin tikintisinə hazırlıq üzrə fəal işlərə başlanılıb.

Hazırkı kafedral 1990-cı illərin sonlarında tikilərək təqdis edilib. 1999-cu ildə Papa II İohan Pavel Astanada Apostol Administraturasını təsis edib, kilsə isə kafedral statusu alıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}