Xarici media nümayəndələri Astanadakı Uspensk kafedral kilsəsini ziyarət ediblər


Mətbuat turu çərçivəsində xarici media nümayəndələri Astanada Uspenskiy kafedral kilsəsini ziyarət ediblər.

Şəffaflıq.az-ın məlumatına görə, kilsə Qazaxıstan Pravoslav Kilsəsinin Astana və Almatı yeparxiyasına aiddir və Rusiya Pravoslav Kilsəsinin Qazaxıstandakı Mitropolit dairəsinə daxildir.

Bildirilib ki, Uspenskiy kilsəsi Mərkəzi Asiyanın ən böyük pravoslav kilsəsidir. Onun özülündən günbəzə qədər hündürlüyü 68 metr təşkil edir.

Kilsənin tikintisi 2004-cü ildə başlamış və 2010-cu ildə tamamlanmışdır. Bundan sonra təxminən yarım il ərzində binanın rəsm işləri aparılıb. Kilsənin divarlarını Rusiyanın əməkdar rəssamı Adolf Kurilovun rəhbərliyi altında bir qrup rəssam işləyib. İşlər 2011-ci ilin payızından 2012-ci ilin yazına qədər davam edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}