Husilər Bab əl-Məndəb boğazında gəmiyə hücum edib, 3 heyət üzvü ölüb


Yəmən husiləri Bab əl-Məndəb boğazında gəmiyə hücum ediblər, hadisə nəticəsində 3 heyət üzvü ölüb.

Şəffaflıq.az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, bu barədə Yəmənin sahil mühafizəsindəki mənbələr bildirib.

Nəşr hadisənin digər təfərrüatlarını, o cümlədən gəminin hansı bayraq altında üzdüyünü qeyd etməyib.

Daha əvvəl xarici media Qırmızı dənizdə yük gəmisinə hücum edildiyi barədə məlumat yaymışdı, lakin ekipajın taleyi məlum deyildi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}