UEFA Çempionlar Liqası: "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində Bakıda baş tutacaq "Sabah" – "Orhus" oyununun bütün biletləri satılıb. Bu barədə klubun mətbuat xidmətindən bildirilib. Həmçinin azarkeşlərə stadiona girişdə sıxlığın qarşısını almaq və rahat şəkildə tribunalarına keçmək üçün oyuna ən azı 2 saat əvvəl gəlmələri ilə bağlı müraciət olunub. Qeyd edək ki, "Sabah" – "Orhus" matçı bu gün, saat 20:00-da 8700 tamaşaçı tutumuna malik "Bank Respublika Arena"da start götürəcək. Tərəflər arasında Danimarkada baş tutan ilk görüşdə "Orhus" 2:1 hesablı qələbə qazanıb. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








