AMB qiymətli kağızların icarəyə verilməsi əməliyyatının tətbiqinə başlayıb


Bu gündən Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta ehtiyatlarının idarəedilməsi üzrə tətbiq etdiyi alətlərin diversifikasiyası və gəlirliliyin artırılması istiqamətində həyata keçirdiyi tədbirlər çərçivəsində ilk dəfə olaraq qiymətli kağızların icarəyə verilməsi (securities lending) əməliyyatının tətbiqinə başlayıb.

Şəffaflıq.az AMB-yə istinadən xəbər verir ki, qiymətli kağızların icarəyə verilməsi proqramını qurumun uzunmüddətli tərəfdaşı və qlobal kastodian bankı olan "Bank of Nyu York Mellon" (BNYM) həyata keçirəcək.

Proqram çərçivəsində AMB-nin portfelindəki ümumi dəyəri 1 milyard ABŞ dollarına olan borc qiymətli kağızlarının beynəlxalq maliyyə bazarlarında qısamüddətli əsasda icarəyə verilməsi nəzərdə tutulur. Bu, qurumun valyuta ehtiyatlarının təhlükəsizlik və likvidlik prinsipləri qorunmaqla əlavə gəlir əldə edilməsinə töhfə verəcək.

AMB beynəlxalq qabaqcıl təcrübəyə uyğun olaraq valyuta ehtiyatlarının idarə edilməsi çərçivəsinin təkmilləşdirilməsi və ehtiyatların səmərəli idarə olunması istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}