Yanğınlarla əlaqədar Madrid və Avilada fövqəladə vəziyyət elan edilib
İspaniya hökuməti Madrid icmasını və Avila əyalətini (Kastiliya və Leon) bürüyən və təxminən 11 500 nəfərin təxliyə edilməsinə səbəb olan genişmiqyaslı meşə yanğınları ilə əlaqədar bu regionlarda fövqəladə vəziyyət elan edib. Şəffaflıq.az xəbər verir ki, bu barədə İspaniya mediası məlumat yayıb. Madrid icmasında baş verən üç meşə yanğını səbəbindən 10 mindən çox insan təxliyə edilib. Avilada çərşənbə günü başlayan yanğın nəticəsində El-Tyemblo bələdiyyəsindəki kənd turizm kompleksi və yaşayış massivindən 1 500 nəfər təxliyə edilib.
Xəbəri paylaş
Facebook-da paylaş








