Xalq artisti Flora Kərimova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Xalq artisti Flora Kərimova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə APA-ya onun köməkçisi Əli Davud məlumat verib. "Flora xanımın səhhəti yaxşıdır, müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarına əsasən evə buraxılıb", - o bildirib. Qeyd edək ki, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.
Xəbəri paylaş
Facebook-da paylaş








