Əsas Səhifə > Cəmiyyət > Xalq artisti Flora Kərimova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Xalq artisti Flora Kərimova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.


Bu gün, 17:40


Xalq artisti Flora Kərimova bu gün müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə APA-ya onun köməkçisi Əli Davud məlumat verib.

"Flora xanımın səhhəti yaxşıdır, müalicəsi müsbət nəticə verdiyi üçün həkimlərin qərarına əsasən evə buraxılıb", - o bildirib.

Qeyd edək ki, Azərbaycanın Xalq artisti Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən xəstəxanaya yerləşdirilib. Sənətkarın müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.


Geri qayıt