Kamran Əliyev Masallıda vətəndaşları qəbul edəcək
Baş prokuror mayın 15-də Masallıda vətəndaşları qəbul edəcək. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, saat 10:00-da Masallı Rayon Prokurorluğunun inzibati binasında Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı və Cəlilabad rayon sakinlərinin qəbulu keçiriləcək. Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Masallı rayonuna gəlmələrinin təşkili rayon prokurorları tərəfindən icra olunacaq. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş








