Mövlud Çavuşoğlunun qardaşı güllələnib, reanimasiyadadır
Türkiyənin keçmiş xarici işlər naziri, millət vəkili Mövlud Çavuşoğlunun qardaşı Aydın Çavuşoğluya silahlı hücum olub. Şəffaflıq.az Türkiyə mediasına istinadən xəbər verir ki, iş adamı Aydın Çavuşoğlu dünən axşam saatlarında ofisində güllələnib. Məlumata görə, o, əməliyyat olunub, hazırda reanimasiyadadır. Vəziyyəti ağır olaraq qalır.
Xəbəri paylaş
Facebook-da paylaş








