BƏƏ-nin energetika naziri WUF13-də ölkəsinin nümayəndə heyətinə rəhbərlik edəcək


Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasında (WUF13) BƏƏ nümayəndə heyətinə ölkənin energetika naziri Süheyl əl-Məzrui rəhbərlik edəcək.

Bu barədə BƏƏ-nin Bakıdakı səfirliyindən bildirilib.

"Energetika və infrastruktur naziri Süheyl Məhəmməd əl-Məzrui Bakıda keçiriləcək WUF13-də iştirak edəcək", - diplomatik missiyadan qeyd edilib.

Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.

Forum Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə sıx əməkdaşlığı çərçivəsində təşkil olunur. Forumun əsas məqsədi dayanıqlı şəhərsalma, "ağıllı şəhər"lər və innovativ şəhər həlləri sahəsində qlobal təcrübələrin mübadiləsini təmin etməkdir.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}