Avropa Liqasında finalçılar bu axşam bəlli olacaq
UEFA Avropa Liqasında finalçılar bu gün müəyyənləşəcək. Şəffaflıq.az-ın məlumatına görə, yarımfinal mərhələsinin cavab oyunları Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Frayburq Almaniyada Portuqaliyanın "Braqa" komandasını sınağa çəkəcək. Portuqaliya təmsilçisi ilk görüşdə qələbə qazanıb - 2:1. Digər matçda isə İngiltərə klubları münasibətlərə aydınlıq gətirəcəklər. İlk matçda "Nottinqem Forest"ə 0:1 hesabı ilə uduzan "Aston Villa" doğma meydanda məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Xatırladaq ki, final oyunu mayın 20-də İstanbulda təşkil olunacaq.
Xəbəri paylaş
Facebook-da paylaş








