Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana növbəti tədarük həyata keçirilib. Şəffaflıq.az xəbər verir ki, söhbət 2 vaqon alüminium (ilk dəfə) və 9 vaqon taxıldan gedir. Məhsullar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınıb. Xatırladaq ki, ötən gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 8 vaqondan ibarət, çəkisi 543 ton olan gübrə və 10 vaqondan ibarət, çəkisi 695 ton olan taxıl göndərilib.
Xəbəri paylaş
Facebook-da paylaş








