Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək


Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək.

Şəffaflıq.az xəbər verir ki, bu ölkəyə 7 vaqon taxıl və gübrə tədarük olunacaq.

Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}