Əsas Səhifə > İnfrastruktur > Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək
Bu gün Azərbaycandan tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcəkBu gün, 10:58 |
|
Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana taxıl və gübrə göndəriləcək. Şəffaflıq.az xəbər verir ki, bu ölkəyə 7 vaqon taxıl və gübrə tədarük olunacaq. Qatar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşəcək. Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək. Xatırladaq ki, sonuncu dəfə aprelin 24-də Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 350 ton Rusiya buğdası göndərilib. Geri qayıt |