Bakı-Qəbələ dəmir yolu marşrutu üzrə əlavə reyslər təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC 9, 10 və 11 may tarixlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təyin edib. Şəffaflıq.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. Məlumata əsasən, bu tarixlərdə Bakıdan Qəbələyə və əks istiqamətdə səfərlər təşkil ediləcək. Bakıdan Qəbələyə gedən reys səhər saat 07:30-da yola düşəcək. Qəbələdən Bakıya qayıdan reys isə 19:00-da hərəkət edəcək.
Xəbəri paylaş
Facebook-da paylaş








