Arif Ağayev: "Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır"
Gələn il Ağdam-Xankəndi dəmir yolunun açılışı planlaşdırılır. "Report"un Kürdəmirə ezam olunmuş müxbiri xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini Arif Ağayev bildirib. Onun sözlərinə görə, 2025-ci ildə isə sərnişindaşıma daha da genişləndirilib: "İlin əvvəlində Bakı–Balakən–Bakı, iyun ayında Bakı–Qazax–Bakı, avqustda isə Bakı–Ağdam–Bakı marşrutları bərpa olunub. Bununla yanaşı, ilk dəfə Gəncə-Qəbələ-Gəncə xətti istifadəyə verilib. Növbəti ildə həm Ağdam-Xankəndi dəmir yolunun, həm də Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışı planlaşdırılır. Görülən bu tədbirlərin nəticəsi olaraq, 2025-ci ildə ADY rekord göstəriciyə nail olaraq 10 milyondan çox sərnişin daşıyıb ki, bu da xidmət keyfiyyətinin artırılmasına və müştəri məmnuniyyətinə verdiyimiz önəmi bir daha nümayiş etdirir". Şəffaflıq.az 
Facebook-da paylaş








