SABİQ NAZİRƏ YENİ VƏZİFƏ VERİLDİ - Ramiz Mehdiyev Əli Abbasovla bağlı əmr imzalayıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyev öz müşavirinə - keçmiş rabitə və yüksək texnologiyaları naziri, akademik Əli Abbasova yeni vəzifə verib.

Şəffaflıq.az xəbər verir ki, Unikal.org-un əldə etdiyi məlumatına görə, R.Mehdiyevin müvafiq əmri ilə Ə.Abbasov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilib.

Xəbəri AMEA-dan təsdiqləyiblər.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}