Masallıda avtomobil dərəyə aşdı - 3 ölü, 3 yaralı - FOTO

Masallıda avtomobil dərəyə aşıb, 3 nəfər ölüb.
Masallının Köhnə Zuvand kəndi ərazisində "Niva" markalı maşın yüksəklikdən dərəyə aşıb. Nəticədə 2 qadın, 1 uşaq ölüb. Avtomobildə olan digər 3 nəfər isə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan birinin vəziyyəti ağırdır.

Artıq ölən şəxslərin kimliyi müəyyənləşib.
Onlar sürücü, 1968-ci il təvəllüdlü Seymur Vidadi oğlu Şirəliyev, 1996-cı il təvəllüdlü Rəna Əyyar qızı Mahmudova və 2018-ci il təvəllüdlü Nuray Orxan qızı Şirəliyevadır.
TƏBİB-dən verilən məlumata görə, xəsarət alanlar bir ailənin üzvləridir. S.Şirəliyevin vəziyyəti ağır, R.Mahmudova və N.Şirəliyevanın durumları isə orta-ağır qiymətləndirilir.
(APA)

 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}