Məşhur geoloqdan zəlzələ xəbərdarlığı - 24 vilayət və yüzlərlə rayon...


"Cəmi 2 il əvvəl Türkiyədə 200-250 fayın olduğu bilinirdi. Hazırda aktiv fayların sayı 500-ə çatıb. 24 əyalət və yüzlərlə rayon bu fayların üzərində yerləşir".

Şəffaflıq.az  musavat.com-a istinadən bildirir ki, bunu Geologiya Mühəndisləri Odası İzmir Şöbəsinin sədri Koray Çetin Onalan deyib.

Onun sözlərinə görə, Türkiyədə 2 min ildir zəlzələ yaratmayan, amma müddəti bitən faylar var:

"Əvvəllər bu haqda bilmirdik. Zəlzələ olmayacağını düşündüyümüz yerlərdə faylar hərəkətə keçdi, zəlzələlər başladı".

Geoloq bildirib ki, Türkiyədə zəlzələlər nəticəsində bir əsrdə 200 minə yaxın insan həyatını itirib.

O, yaşayış sahələrinin planlaşdırılması zamanı geoloji şərtlərin nəzərə alınmasının vacibliyini xatırladıb.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}