Kür çayının Mingəçevirdən keçən hissəsi tullantılardan təmizləndi - YENİLƏNİB + FOTO/VİDEO

Kür çayının Mingəçevir şəhərindən keçən hissəsi tullantılardan təmizlənib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-a məlumat verib.

“Artıq ərazi Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib”, - deyə qurum rəsmisi bildirib.

15:44

Mingəçevir şəhərində Kür çayını çirkləndiriblər.

Bununla bağlı sosial şəbəkələrdə fotolar paylaşılıb.

Belə ki, görüntülərdən aydın olur ki, çaya zibil tullantıları atılıb. Kür çayının çirklənməsi insanlar tərəfindən narahatlığa səbəb olub.

Məsələ ilə bağlı sosial şəbəkə istifadəçiləri zibil tullantıları atan şəxsləri tənqid ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, hazırda ərazi qurumun nümayəndələrinin nəzarəti altında təmizlənir:

“Məsələ ilə bağlı araşdırma apardıq. Ərazi hazırda nümayəndələrimizin nəzarəti altında Mingəçevir Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənir”.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Kərimov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məsələdən xəbərsizdir:

“Məsələ ilə bağlı məlumatım yoxdur. Ümumiyyətlə bu işlərlə məşğul olmuram. Səlahiyyətli şəxsə yönləndirərəm. Məlumat olan zaman sizinlə əlaqə saxlayacaqlar”.

Nəzrin Vahid

Xəbəri paylaş

Facebook-da paylaş

{sape_links}{sape_article}