Oğuzda mal tövləsi və ot anbarı yanır

 Oğuz rayonunda yanğın baş verib.
"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yaqublu kəndində qeydə alınıb.
Kənd sakini Rəhman İsmayılova məxsus mal tövləsi və ot anbarı anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Oğuz rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və şəxsi heyəti cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}