Ucarda "Opel" yanıb

 

Ucarda minik maşını yanıb.

Şəffaflıq.az xəbər verir ki, hadisə bu gün axşam saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Lək kəndindən keçən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Cəlal  Allahverdi oğlu Səlimova məxsus "Opel" markalı minik maşını hərəkətdə olarkən anidən alışıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar  Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvə cəlb olunub.

Yanğın söndürülüb, ölən və xəsarət alan olmayıb. Yanğın zamanı maşının salon hissəsi yanıb.

Fakt araşdırılır.    

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}