Qaxda güclü yanğın başladı, nazirlik HƏRƏKƏTƏ KEÇDİ

Şəki-Qax avtomobil yolunun Qaxın ərazisindən keçən hissəsindəki kolluq ərazilərdə baş verib.
Şəffaflıq.az xəbər verir ki, hadisə ilə əlaqədar avtomobillərin hərəkətində çətinlik yaranıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.
Yanğının baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. 
/ "Report"

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}