Şamaxı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə, “Heydər Əliyev irsini öyrənirik” devizi altında dəyirmi masa keçirilmişdir.-FOTO

 20 avqust  2021-ci il tarixində Şamaxı Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının inzibati binasında rayonda  fəaliyyət  göstərən idarə,   müəssisə  və təşkilatlarda çalışan  gənclər və könüllülər  arasında   “Heydər  Əliyev   irsini öyrənirik”  devizi  altında  dəyirmi  masa  keçirilmişdir.Şəffaflıq.az xəbər verir ki, tədbir 20 nəfər gəncin iştirakı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında  yaradılmış Operativ Qərərgahın tələb və tövsiyyələrinə uyğun təşkil olunmuşdur. Tədbiri giriş sözü ilə açan Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov çıxış edərək bildirdi ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının öz müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilmişdir. Bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir. 

 Bu gün Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev başçılıq edir. Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini ifadə edən İlham Əliyev müstəqil Azərbaycanın Prezidenti, həm də dünya azərbaycanlılarının lideridir. Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə yaratdığı “məğlubedilməz ordu” 44 gün ərzində bütün dünyanın gözü qarşısında, Ermənistan ordusu darmadağın edildi və “Dəmir yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Ş.Hüseynov həmçinin qeyd etdi ki, Azərbaycan xalqı Ulu Öndərin siyasi kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir. Sonra tədbirdə iştirak edən Kənd Təsərrüfatı Aqrar İnkişaf Mərkəzinin Şamaxı rayonu üzrə şöbə müdiri, AİM-zi könüllülərinin  rəhbəri Əli Mahmudov, YAP Şamaxı Təşkilatının gənclər birliyinin sədri Nuranə Məmmədova və rayonun fəal gənci Hilal Bəkirov çıxış edərək Ulu öndər Heydər Əliyevin təhsil, səhiyyə, idman, sosial-iqtisadi, hərbi, mədəniyyət və digər sahələrdə gördüyü əvəzsiz xidmətlərindən danışdılar. Sonda Şəhriyar qəsəbə tam orta məktəbinin şagirdi Gülbahar Sərxanova Ulu öndər Heydər Əliyevə həsr etdiyi şeir parçası ilə çıxış etdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}