Şamaxıda Şahmat İdman növü üzrə "Könüllülər kuboku" keçirilib.- FOTOLAR

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan İdman Könüllüləri İctimai Birliyi ilə birgə təsdiq olunmuş Əsasnaməyə uyğun olaraq 25 avqust 2020-ci il tarixində Şamaxı rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə rayonun  könüllüləri arasında Şahmat İdman növü üzrə "Könüllülər kuboku" keçirildi.
 Yarış Koronavirus "COVİD -19" pandemiyası ilə bağlı Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın tələblərinə uyğun olaraq rayonun Heydər Əliyev Parkında (açıq havada) təşkil olundu. Keçirilən yarışa rayonda fəaliyyət göstərən idarə, müəssisə təşkilatlarda çalışan könüllülər qatılmışdır. Tədbiri rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynov açıq elan etdikdən yarışa start veridi. Gərgin və çox maraqlı keçən şahmat mübarizəsinin sonunda qaliblər müəyyən olundu. Belə ki, Şamaxı rayon Təhsil şöbəsinin könüllüləri  I-yerə, rayonun Göylər kənd Bələdiyyəsinin könüllüləri  II-yerə və Şamaxı regional "ASAN xidmət" mərkəzinin könüllüləri isə III-yerə layiq görüldülər. Qalib gəlmiş komandalar Şamaxı rayon Gənclər və idman idarəsinin müvafiq diplomları ilə təltif olundular.
Dəyanət İsmayılov
Şəffaflıq.az




 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}