Ermənistanda rus hərbçilər qəzaya düşüb, ölən və yaralılar var

 Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazasının hərbçilərinin olduğu avtomobil Gümrü-İrəvan magistral yolunda qəzaya düşüb.
Şəffaflıq.az xəbər verir ki, məlumatı Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidməti yayıb.
Qeyd olunub ki, qəza nəticəsində bir hərbçi ölüb, 4 hərbçi yaralanıb.
İlkin məlumatlara görə, müqavilə əsasında xidmət aparan hərbi qulluqçu şəxsi avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil xəndəyə aşıb.
Yol qəzası nəticəsində hərbçilərdən biri aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib. Qəza zamanı orta dərəcəli xəsarət alan müqavilə əsasında ximət edən 4 hərbçi dərhal tibb müəssisəsinə yerləşdirilib və onlara lazımi tibbi yardım göstərilib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}