Rusiyada hərbi kolon dəhşətli qəzaya uğrayıb: Ölənlər var


 

Rusiyanın Moskva vilayətində hərbi kolon yük maşınına çırpılıb.

Şəffaflıq.az TASS-a istinadən məlumat verir ki, qəza nəticəsində dörd nəfər həyatını itirib.

Bildrilir ki, altı nəfər xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti son dərəcə ağırdır.

İlkin məlumatlara görə, ölən və yaralananların hamısı hərbi qulluqçulardır.

Ölənlərin sayının artacağı istisna edilmir.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, qəzaya yük maşınının sürücüsünün idarəetməni itirməsi səbəb olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}