Ermənistanda hərbçilər qəzaya düşüb

 

Ermənistanın Ararat vilayətində yol-nəqliyyat hadisəsi baş verib.


Şəffaflıq.az Modern.az-a istinadən xəbər verir ki, qəza sentyabrın 5-də Yerevan-Yerasx avtomobil yolunda olub.

Yolun 28-ci kilometrliyində BMW, “ГАЗ 3308” və “Mercedes”in toqquşması nəticəsində 3 nəfər yaralanıb, BMW aşaraq dəmir arakəsməyə çarpılıb.

Bildirilib ki, “ГАЗ 3308” markalı avtomobil Ermənistan Müdafiə Nazirliyinin balansındadır. İlkin ehtimala görə, qəza onun sürücüsünün yol-hərəkət qaydasını pozması səbəbindən baş verib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}