BP-dən Bakı Dövlət Universitetinə 537 min manatlıq hədiyyə

 

BP şirkəti Bakı Dövlət Universitetində rəqəmsal texnologiyalara əsaslanan çap, poliqrafiya və nəşriyyat mərkəzi təqdim edib.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, mərkəzdə quraşdırılmış avadanlıq Azərbaycanın ən qədim universitetinin təxminən 25 min tələbə və professor-müəllim heyətinin nəşriyyat ehtiyaclarını təmin edəcək.

BP-nin Yaxın Şərq və Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib ki, universitetin özünün belə bir müasir nəşriyyat mərkəzinin olması təhsil ocağında elmi-tədqiqat və yaradıcılıq fəaliyyətləri üçün yeni imkanlar yaradacaq.

Layihənin ümumi dəyəri təqribən 537 min manatdır. Onun icra müddəti isə bir ildir.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}