Kitabxana və nəşriyyat-poliqrafiya müəssisələri ilə görüş keçirilib


 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 8 yanvar 2021-ci il tarixində video-konfrans formatında baş tutan görüşə ölkənin aparıcı kitabxana və nəşriyyat-poliqrafiya müəssisələrinin nümayəndələri qatılıb.

Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli görüş iştirakçılarını salamladıqdan sonra gündəlikdə olan məsələləri müzakirəyə çıxarıb. İlk olaraq işğaldan azad edilmiş ərazilərdə kitabxana və nəşriyyatların bərpası işi ilə bağlı dövlət və özəl müəssisələrin əməkdaşlıq imkanları müzakirə edilib. Görüş iştirakçıları bu işdə könüllü olduqlarını dilə gətiriblər.

Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə cari ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə əlaqədar Mədəniyyət Nazirliyinin Nizami irsinin daha dərindən araşdırılması və geniş təbliğinə xidmət edəcək tədbirlər planının hazırlandığı və bu işdə sahəvi özəl müəssisələrin də yaxından iştirak edəcəklərinə əminlik qeyd olunub.

Ardınca xalqımızın ədəbi-mədəni irsinin qorunması, təbliği və gələcək nəsillərə çatdırılmasında mühüm rolu olan respublika əhəmiyyətli kitabxanaların məcburi nüsxələrlə təminatı qaydaları ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı dünyanın koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə apardığı bir vaxtda kitab işi sahəsinin, bu sahədə çalışanların üzləşdiyi çətinliklər təhlil olunub, dəstək yönümlü birgə layihələrin hazırlanması təklif edilib.

Cari ilin sentyabr ayında keçirilməsi planlaşdırılan VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının təşkili ilə bağlı görüş iştirakçılarının fikirləri dinlənilib.

Sonda sahə ilə bağlı bir çox məsələlərin müzakirə olunduğu bu kimi görüşlərin müntəzəm keçirilməsi qərarlaşdırılıb.


Şəffaflıq.azшаблоны для dle 11.2


Facebook-da paylaş


{sape_links}{sape_article}