Çin Azərbaycana minatəmizləmə üçün 284 min dollar ayırıb


Çin Azərbaycana minatəmizləmə üçün 2 milyon yuan (284 000 ABŞ dolları) ayırıb.

Şəffaflıq.az-ın məlumatına görə, bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

"Çin ilə Azərbaycan arasında əməkdaşlıq təkcə qarşılıqlı faydalı deyil, həm də hər iki ölkə xalqlarının xeyrinədir. İki ölkə başçıları tərəfindən imzalanmış humanitar minatəmizləmə sahəsində əməkdaşlığın gücləndirilməsi haqqında Anlaşma Memorandumunun həyata keçirilməsi çərçivəsində Çin Azərbaycan Minatəmizləmə Agentliyinə 2 milyon yuan (284 000 ABŞ dolları) məbləğində maliyyə yardımı göstərib.

Bu da Azərbaycanın minatəmizləmə potensialının gücləndirilməsinə, azad edilmiş ərazilərin bərpasına və yerli sakinlərin təhlükəsizliyinin təmin edilməsinə yardım məqsədi daşıyır", - o qeyd edib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}