Azərbaycan Premyer Liqasında 2025-ci ilin sonuncu turuna start verilir
Misli Premyer Liqasında 2025-ci ilin sonuncu - XVI turuna start veriləcək. Şəffaflıq.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutacaq. "Kəpəz" Yevlax şəhər stadionunda "Turan Tovuz"la üz-üzə gələcək. Kamal Umudlunun idarə edəcəyi görüş saat 14:00-da start götürəcək. "Turan Tovuz" hazırda 24 xalla 5-ci yerdə qərarlaşıb.. Hesabında 9 xal olan "Kəpəz" 12 komandanın sıralamasında onuncudur. Misli Premyer Liqası II dövrə, XVI tur 19 dekabr 14:00. "Kəpəz" – "Turan Tovuz" Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Kərim Zeynalov, Əkbər Əhmədov. VAR: Nicat İsmayıllı. AVAR: Şirmamed Mamedov. Hakim-inspektor: Orxan Məmmədov. AFFA nümayəndəsi: Namiq Əliyev. Yevlax şəhər stadionu Qeyd edək ki, XVI tura dekabrın 22-də yekun vurulacaq.
Facebook-da paylaş








