BŞTİ: Bakıda bağçadakı yanğında xəsarət alan olmayıb


Bakıda 79 nömrəli körpələr evi-uşaq bağçasının elektrik şitində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}