Saleh Məmmədov: "Bu il 111 km respublika əhəmiyyətli yol yenidən qurulub"


Azərbaycanda 2025-ci il ərzində 440,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir.

Məlumata görə, bu barədə Agentliyin İdarə Heyətinin sədri Saleh Məmmədov Agentliyin 2025-ci il ərzindəki fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin hakimiyyəti dövründə yol təsərrüfatının inkişafı ilə bağlı qəbul edilmiş proqramlar çərçivəsində həyata keçirilən uğurlu islahatlar nəticəsində Azərbaycan yol infrastrukturunun keyfiyyəti reytinqində MDB ölkələri arasında 1-ci, dünyanın 141 ölkəsi arasında isə 24-cü yerdə qərarlaşıb.

Bildirilib ki, bu il ərzində 110,8 kilometr respublika əhəmiyyətli, 153,1 kilometr yerli əhəmiyyətli, 93,8 kilometr Bakı şəhər yolları, 66 kilometr Gəncə şəhər yolları və 17 kilometr Şəki şəhər yolları olmaqla, ümumilikdə 440,7 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub.

Agentlik tərəfindən 2020-ci ildən indiyədək ümumi uzunluğu 1 338,4 kilometr olan 17 avtomobil yolunun tikintisi tam, 1 layihənin icrası isə qismən başa çatdırılıb.

AAYDA işğaldan azad olunmuş ərazilərdə müxtəlif proqramlar çərçivəsində ümumi uzunluğu 3 720,5 kilometr təşkil edən 64 adda avtomobil yolunun tikintisi və 1 hava limanının inşası üzrə layihələr icra edilir.

Hazırda avtomobil yolları üzərində ümumi uzunluğu 70,9 kilometr olan 47 tunelin, ümumi uzunluğu 9 581,6 pm olan 447 körpünün və 3 871 pm uzunluğunda 16 viadukun tikintisi aparılır.

Ümumi uzunluğu 66,9 kilometr olan 37 tuneldə qazma işləri tamamlanmış, 13,6 kilometr uzunluğunda 7 tunel isə artıq istifadəyə verilib.

Bununla yanaşı, ümumi uzunluğu 8 839,1 pm olan 392 körpünün və 1 965 pm uzunluğunda 9 viadukun tikintisi başa çatdırılıb.

S.Məmmədov qeyd edib ki, 2015–2025-ci illər ərzində AAYDA tərəfindən ümumilikdə 10 826,9 kilometr uzunluğunda avtomobil yolları, prospekt və küçələr tikilmiş, yenidən qurulmuş və təmir olunub.

Ümumi istifadədə olan avtomobil yollarında və Bakı şəhərində 129 yeni körpü, 40 yol ötürücüsü, 8 avtomobil tuneli, 52 yeraltı və yerüstü piyada keçidi tikilmiş, həmçinin 53 körpüdə təmir işləri aparılmışdır.


Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}